Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ceyhun Bayramov: Regionda davamlı sülh üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir

GADTB: Azərbaycan region ölkələri ilə ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3” formatındakı görüşdə bildirib.

O qeyd edib ki, regionda davamlı sülh üçün Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir.

“Azərbaycan region ölkələri ilə təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, rabitə və ətraf mühit sahəsində ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb.

Postmünaqişə dövrü kimi kritik məqamda regionda dayanıqlı və davamlı sülhün təmin olunması üçün artıq arxada qalmış münaqişənin nəticələrinin konstitusiya dəyişiklikləri yolu il aradan qaldırılması vacibdir”, – XİN rəhbəri vurğulayıb.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …