Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı fəal Rəhim Sasani Araz çayının çirklənməsinə etiraz etdiyi üçün məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı türk fəal Rəhim Sasani Azərbaycanın Qaradağ bölgəsində Araz çayının çirklənməsinə və bunun nəticəsində xərçəng xəstəliyinin yayılmasına etiraz etdiyi üçün Xudafərində rejimin məhkəməsinin birinci şöbəsinə çağırılıb.

O, ötən il iyulun 7-də Araz çayının erməni zavodları tərəfindən çirkləndirilməsinə etiraz əlaməti olaraq Sədullah Sasani, Mustafa Əvəzpur, Məhəmməd Mərdi, Cəfər Nuri və Məhəmməd Əlipurla birlikdə həbs edilmiş və ETTELAAT İdarəsində dindirildikdən sonra onun mobil telefonu müvəqqəti olaraq müsadirə olunub və indi, bir ildən çox vaxt keçdikdən sonra, ittihamları izah etmək üçün prokurorluq şöbəsinə çağırılıbdır.

Bu azərbaycanlı fəallar prokuror ittihamları izah etdikdən sonra 150 milyon tümən girov müqabilində sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …