Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycanlı fəal Salar Tahiri Əfşar mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Urmiya sakini olan 17 yaşlı azərbaycanlı fəal 8 gün müvəqqəti həbsdən sonra iyul ayının 15-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında zaminə buraxıldı.

Hələlik azərbaycanlı fəala qarşı irəli sürülən ittihamla bağlı dəqiq məlumat verilmir.

Qeyd edək ki, irqçi fars rejimin məmurları Babəkin doğum günü ilə əlaqədar keçirilən Babək Qalası Qurultayı günlərində Urmiya şəhərində iyulun 7-də şokolat paylayan 17 yaşlı azərbaycanlı fəal Salar Əfşarı yaxalamışdı.

İrqçi fars rejimin məmurları həmçinin Salar Tahiri Əfşarın ata evinə hücum edib, ailə üzvlərini qorxutmuş və əllərində evdə axtarışa dair məhkəmə hökmü olmadan axtarış aparmış və fəalın kitabları, eləcə də əşyalarını, o cümldən mobil telefonunu zəbt etmişdilər.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın