Şənbə , Sentyabr 26 2026
azfa

Avstraliya Azərbaycan Assosiasiyası 27 sentyabr anım günü ilə bağlı bəyanat yayıb- Şəkil

GADTB: vstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta 27 sentyabr anım günü ilə bağlı bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

Biz, Avstraliyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatli olaraq, 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğalı, yüz minlərlə soydaşımızın öz doğma yurdlarından məcburi köçkün düşməsi və beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması ilə üzləşmişdir. Münaqişənin sülh yolu ilə həlli istiqamətində uzun illər aparılan səylərə baxmayaraq, ədalətli və davamlı nəticəyə nail olmaq mümkün olmamışdır.

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ olmuşdur. Azərbaycan xalqının birliyi və həmrəyliyi, Silahlı Qüvvələrimizin fədakarlığı və Vətən uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı ölkəmizin tarixində mühüm iz qoymuşdur. 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi 2 dekabr 2020-ci il tarixində Prezident Sərəncamı ilə təsis edilmişdir.

Eyni zamanda, biz beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə münasibətdə bərabər və ardıcıl şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayırıq.

Birləşmiş Millətlər Təşkilatının sənədlərində Azərbaycan ərazilərinin vəziyyəti ilə bağlı müxtəlif qərar və sənədlər qəbul edilmişdir.

Avstraliya AZƏRBAYCAN– Assosiasiyası İnc. olaraq, beynəlxalq ictimaiyyəti sülhün, təhlükəsizliyin, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də

beynəlxalq hüququn fundamental prinsiplərinin qorunmasına davamlı dəstək göstərməyə çağırırıq.

Avstraliyada yaşayan azərbaycanlılar olaraq, biz milli birliyimizi və həmrəyliyimizi

qorumağı, Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağı, tariximizin və milli yaddaşımızın gələcək nəsillərə ötürülməsini mühüm mənəvi borc hesab edirik. Eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və qarşılıqlı hörmətin bərqərar

olmasını dəstəkləyirik.

Bu əlamətdar gündə Vətən uğrunda həyatını itirmiş bütün şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların əziz xatirəsi qarşısında ehtiramımızı bildiririk. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın 50 milyon Azərbaycan xalqının birliyi və həmrəyliyi!

Mikayil Oyta

Prezidenti of Avustralya Azerbaycanlıları Assosiasiyası (AAA)

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …