Çərşənbə , Yanvar 1 2025
azfa

Azərbaycanlı fəallar Ərdəbildə azadlığa çıxan milli fəalla görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildən olan azərbaycanlı milli-mədəni fəallar yenicə həbsdən çıxmış azərbaycanlı siyas məhbus Tohid Əmirəmini ilə görüşüblər.

Fevralın 11-də Ərdəbil şəhəri və başqa bölgələrdən olan bir qrup azərbaycanlı milli-mədəni fəal 4 il həbsdən sonra fevralın 10-da azadlığa buraxılan milli fəal Tohid Əmirəmini ilə görüşüblər.

Tohid Əmirəmini bütün azərbaycanlılardan onun həbsdə olduğu müddətdə ailəsinin yanında olduqları üçün təşəkkür edib.

Əmirəmini deyib: “Həsdə olduğum müddətdə məni sarsılmağa qoymayan və diri saxlayan milli hüquqlarımızın təmini üçün tutduğumuz yolun haqlı olduğuna inam oldu. Həbsxana divarları və tikanlı məftillər haqq istəyimizin və milli iradəmizin qarşısında maneə ola bilməz. Onlar bizim kölə olmağımızı istəyirlər. Ancaq biz bunun qarşısında dirəniş göstərərək hüquq və azadlıqlarımıza çatacağımıza inanırıq”.

Həbsdən çıxan fəalın danışığından sonra Əli Xeyrcu, Siyamək Mirzayi, Nasir Tişə, Əsgr Əkbərzadə və başqa bir neçə milli-mədəni fəal çıxış edib.

Görüşdə ana dili hərəkatı, Güney Azərbaycanda hakim durum, Xoy zəlzələsindən zərər çəkənlərin vəziyyətləri və başqa bu kimi məsələlər müzakirə edilib.

1987-ci ildə Ərdəbilin Anqut kəndində anadan olan azərbaycanlı fəal 21 fevral 2019-cu ildə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.

Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhidəmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdırlar.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhidəmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …