Çərşənbə , Yanvar 1 2025
azfa

Azərbaycanlı fəallar Ərdəbildə bir meydanın türkcə adını bərpa etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbildə yaşayan bir qrup azərbaycanlı fəal molla rejiminin farslaşdırdığı bir meydanın türkcə adını bərpa ediblər.

Onlar Ata meydanında yerləşən farsca lövhənin adını türkcə ilə əvəz ediblər.

Bundan əvvəl Ərdəbil Bələdiyyəsi “Ata meydanı”nın adını dəyişdirərək “Pedər meydanı” qoymuşdur.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycanın adı, tarixi, dili, mədəniyyəti və kimliyinin farslaşdırmağa çalışır. Bu istiqamətdə yer adlaını farslaşdırır. Bu da haqlı olaraq Azərbaycan Türk Millətinin etirazı ilə qarşılaşır.

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …