Çərşənbə , Noyabr 11 2026
azfa

Azərbaycanlı fəallar Əta Kərimi və Əmir İbrahimlu yenidən ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb

GADTB: Azərbaycanlı ictimai-siyasi fəallar Ata Kərimi və Əmir İbrahimlu 22 oktyabr tarixində Urmiyədə iş yerlərində İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdılar.

Onlar dünən Urmiya Ümumi və İnqilab Prokurorluğunun 6-cı istintaq şöbəsində ittihamların elan edilməsindən sonra yenidən İnformasiya İdarəsinin müvəqqəti saxlanma yerinə köçürülüblər.

Fəalların ailələri onların səhhəti və dərmanlarının çatdırılması məqsədilə Prokurorluğa və İnformasiya İdarəsinə müraciət etsələr də, “nə görüşə, nə də dərmanların təhvili”nə icazə verilməyib.

Məlumata görə, “Kərimi qaraciyər piylənməsi (3-cü dərəcə)”, “İbrahimlu isə bel diski yırtığı” xəstəliyindən əziyyət çəkir.

Yerlı şahidlərin bildirdiyinə görə, hər iki fəal saxlanılarkən “fiziki zorakılığa” məruz qalıb və onların “şəxsi və işgüzar əşyaları” təhlükəsizlik qüvvələri tərəfindən müsadirə olunub.

Mənbələr əlavə ediblər ki, son günlərdə “ən azı 10 türk fəal” Qərbi Azərbaycan vilayətində İran ETTELAAT qurumları tərəfindən saxlanılıb.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …