Çərşənbə , Noyabr 11 2026
azfa

Pakistan SEPAH-a bağlı terrorçu qrupa qarşı əməliyyat keçirib

GADTB: Pakistanın Sind Terrorla Mübarizə İdarəsi (CTD) Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib. Əməliyyat zamanı qrupun iki fəal üzvü saxlanılıb.

Şübhəlilərdən tapança və əl qumbarası götürülüb. Məlumata görə, saxlanılanlar 2025-ci ilin mayında Kəraçidə törədilmiş dini motivli qətllərdə iştirak etdiklərini etiraf ediblər.

Onlar həm də qonşu ölkədən maliyyə və təşkilati dəstək alan, şəhərdə terror aktları planlaşdıran qrupun tərkibində olublar.

Hüquq-mühafizə orqanlarının mənbələri bildirirlər ki, Kəraçidəki İrana bağlı proksi qüvvələr son aylarda bir sıra sui-qəsdlərdə, o cümlədən əvvəllər İsrailə səfər etmiş sünni icma liderlərinin və jurnalist İmtiaz Mirin öldürülməsində iştirak etmiş ola bilərlər.

Qeyd edək ki, “islam inqilabının ixracı” məqsədilə SEPAH-ın pakistanlı şiələrdən ibarət yaratdığı “Zeynəbiyyun” silahlı qruplaşması İranın xarici ölkələrdə maraqlarına qulluq edən terror təşkilatıdır.

Tehran hökuməti ölkədə baş verən etiraz aksiyalarının yatırılmasında da həmin qruplaşmanın “xidmət”lərindən istifadə edir.

Onlar və əfqanıstanlı şiələrdən ibarət “Fatemiyyun” silahlı qruplaşmaları və onların ailə üzvləri Tehran hökumətinin xüsusi imtiyazlarından istifadə edirlər.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …