Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı fəallar Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü ilə bağlı vərəqələr payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində Beynəlxalq Ana Dili Günü ilə bağlı müxtəlif tədbirlər davam edir. Müxtəlif şəhərlərdə azərbaycanlı fəallar çoxsaylı türkcə kitab və çizgi filmi CD-ləri yaylayıb, həmçinin vərəqələr paylayıblar.

Güney Azərbaycanın Sulduz, Xoy, Makı, Təbriz, Urmiya, Ərdəbil və başqa şəhərlərdə paylanılan yazılı vərəqələrdə irqçi fars rejimin qeyri-fars millətlərə qarşı şovinist siyasəti tənqid olunub.

Azərbaycanlı fəallar tərəfindən paylanılan vərəqələrdə yazılıb: “Ölkənin ana yasasının 15-ci maddəsində bütün xalqların öz dillərində təhsil almaq və mətbuatda ana dillərindən istifadə etmələrinin yazılmasına baxmayaraq, bir çox hallarda qeyri-fars xalqların ana dillərində danışması belə məhdudlaşdırılıb“.

Azərbaycanlı milli-mədəni fəallar irqçi fars rejimin qeyri-farslara qarşı bu şovinist hərəkətlərini pisləmiş və eyni zamanda azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmalarını tələb ediblər.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …