Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü ərəfəsində Təbrizdə türk dilində çap edilmiş kitablar payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü ərəfəsində Azərbaycan türkcəsində çap edilmiş  kitablar paylayıblar.

Azərbaycanlı fəallar uşaqlar və yeniyetmələr türk dilində çap edilmiş kitablar paylamaqla, ana dilinin öyrənilməsi zərurətini aşılamağa çalışıblar.

Azərbaycanlı fəallar bu yolla həmçinin irqçi fars rejimin Azərbaycan türk millətinin dilində təhsili qadağan etməsini pisləmiş və Beynəlmiləl Ana Dili Gününü qutlamışlar.

Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin dəstəyi ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Hazırda azərbaycanlı milli-siyasi fəallardan Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid Mənafi Beynəlxalq Ana Dili Gününündə təbrik posterləri payladıqları üçün İran rejimi tərəfindən həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …