Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin(GADTB) Beynəlxalq Ana Dili Günü münasibətilə bildirişi

GADTB: İllərdir bütün dünya 21 fevralı Beynəlxalq Ana Dili Günü kimi qeyd edir. 1999-cu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatı Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edib. Bu günün ana dili günü kimi elanı 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 öyrəncinin öldürülməsi hadisəsi ilə bağlıdır.

Bu gün Güney Azərbaycanda Azərbaycan Türk Milləti də faşist İran rejiminin irqçi siyasəti nəticəsində ana dilində təhsil hüququndan məhrum edilib. Bir əsrə yaxın fars müstəmləkəçiliyi nəticəsində Azərbaycan Türk Milləti öz ana dilində təhsil və savaddan məhrum olub. Bu irqçi siyasət millətimizin mənəvi soyqırımı və bir millət kimi məhvinə hesablandığı üçün böyük fəlakətlərlə nəticələnmişdir. Azərbaycan Türk Millətinin ədəbi dilinin məhvindən əlavə, bu millətin dilində elm, texnika, tibb, sənaye və onlarla digər sahələri əhatə edən milli-mənəvi və elmi-texniki potensialının formalaşmasına mane olmaqla, həmin potensial məhv edilmişdir. Bu isə yüz milyardlarla kompensasiya edilməyən böyük bir xəsarət və əslində təsəvvürə gəlməz fəlakət deməkdir. Bu cinayəti irqçi fars rejimi törətmiş və bu gün də bu cinayətə var gücü ilə davam etməkdədir.

Eyni zamanda nəzərə almaq lazındır ki, irqçi fars rejim Güney Azərbaycanda öz dili və varlığını qoryub saxlamağa çalışan onlarla Azərbaycan türkünü şəhid edib, minlərlə azərbaycanlını həbs və işgəncələrə məruz qoymuş və qoymaqdadır. Lakin tayı-bərabəri görünməmiş bu zülm Azərbaycan türk millətinin iradəsini sındıra bilməyib. Son illərdə yüz mindən çox azərbaycanlı gəncin Təbrizdə Güney Azərbaycanın müstəqilliyi və öz müqəddəratını təyinin Azərbaycan türk millətinin hüququ olduğuna dair plakat qaldırıb, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” və “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndirmələri buna sübutdur. Əlbəttə Azərbaycan türk millətinin övladlarının “Türk dilində mədrəsə, olmalıdır hərkəsə” şüarı səsləndirmələrindən məqsədi rejimin onsuz da əməl etmədiyi öz konstitusiyasının 15-ci maddəsi deyil, müstəqil Azərbaycan dövlətində öz dillərində təhsil almaq haqqıdır. Çünki, gərçək anlamda ana dilinin qorunması sadəcə onun siyasi coğrafiya və müstqil dövləti olduğu təqdirdə mümkündür.

Dil insan həyatında ən önəmli yerə malik olduğu üçün beynəlxalq hüquq, konvensiyalar və özəlliklə 1948-ci ildə qəbul edilən insan haqları konvensiyasında vaz keçilməz bir haqq kimi təsbit edilmişdir. Lakin Güney Azərbaycanın irqçi fars rejimi tərəfindən işğalı nəticəsində millətimizin təkcə dil hüquq pozulmur, bəlkə bütün hüquqları pozulur, yeraltı sərvətləri talanır, ekologiyası və tarixi abidələri məhv edilir. Azərbaycan türk millətinin artıq tək yolu var, o da müstəqillikdir. GADTB Azərbaycan türk millətinin dil hüququ uğrunda mübarizəsi ilə yanaşı əsas məqsədin sırf müstəqillik olduğuna bir daha təkid edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …