Azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmirad özlərinin müdafiə mətnini məhkəməyə türkcə təqdim etdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 2018-ci il dekabrın 17-də azərbaycanlı milli-mədəni fəallar İbrahim Nuri və Cəfər Rüstəmirad Tehranın Evin Məhkəməsinin 26-cı şöbəsində mühakimə olunublar.

Azərbaycanlı fəallar irqçi fars rejim tərəfindən şərlənərək, “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham ediliblər.

Tehranın Evin zindanında 6 aylıq həbs müddətini çəkməkdə olan İbrahim Nuri özünün müdafiə mətnini Azərbaycan türkcəsində məhkəməyə təqdim edib. Bundan təəccüblənən hakim və onun müavini mətnin fars dilində yazılmasını istəyiblər. Lakin azərbaycanlı fəal bununla razılaşmayıb və sonda türk dilində təqdim olunan mətn olduğu kimi dosyeyə əlavə olunub.

Həmçinin mülki vəsiqə qarşılığında azadlıqda olan Cəfər Rüstəmirad da mühakimə edilib. Həmin fəal da özünün müdafiə mətnini Azərbaycan türkcəsində təqdim edəcəyi gözləndiyi üçün məhkəmə prosesi sual-cavab şəkilində keçirilib.

Qeyd edək ki, azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmiradı bu il iyulun 2-də Güney Azərbaycanda keçirilən Babək Qalası Qurultayında iştirak edəcəklərini zənn etdikləri üçün yaxalayıblar. Cəfər Rüstəmirad dindirildikdən sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq zaminə buraxılıb. Tehran Məhkəməsi İbrahim Nurinin Qüds günündə Qarabağ və uyğur türklərinin zülmə məruz qaldığını elan etdiy8i üçün ona 6 aylıq həbs verildiyini əsas gətirərək, onu zindanda saxlayıb. Azərbaycanlı fəal hazırda Evin zindanının 7-ci bölməsndə həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın