Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı fəallar molla rejimin əlaltılarının Azərbaycana və Türkiyəyə qarşı təhqirlərinə etiraz ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal Təbrizdə molla rejimin əlaltılarının Azərbaycana və Türkiyəyə qarşı təhqirlərinə etiraz ediblər.

Bu məqsədlə azərbaycanlı milli fəallar Ərdəbildə hökumət muzdlularının son təxribatından sonra Təbrizdə İran hökumətinin Azərbaycan və Türkiyəyə qarşı təhqirlərinə cavab olaraq divarlara şüarlar yazıblar.

Divarlara “Təbriz, azadlığa hazırlaş!”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.

Qeyd edək ki, Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli Çaldıran döyüşü və Kərbəla hadisəsini bir-biri ilə əlaqələndirərək türklər arasında fitnə salmağa çalışıb. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqirlər səsləndirilib.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …