Çərşənbə , Oktyabr 14 2026
azfa

Xiyavda mis mədənində törədilən partlayış yaşayış evlərinə xəsarət yetirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xiyavda mis mədəninin partladılması Cəbdərə kəndində evlərə və ictimai yerlərə külli miqdarda xəsarət yetirib.

Hadisə evlərdə dağıntılara və divarların çatlamasına səbəb olmaqla yanaşı sakinlər arasında kütləvi qorxuya da səbəb olub.

Törədilən partlayışın həcmi o qədər böyük olub ki, evlərin divarlarında çatlar yaranıb, nəticədə sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, hakimiyyət orqanları əvvəllər də Azərbaycanın digər bölgələrində, Tikantəpənin Zəroşən, Vərziğanın Əndirgan qızıl mədənindəki işlər zamanı bənzər partlayışlar törətmişdilər.

Sakinlərin fikrincə bu tipli partlayışlar Azərbaycanın sərvətlərini daha rahat tayala bilmək üçün xalqı qorxuya salıb köçürmək məqsədilə gərək olandan daha böyük həcmdə həyata keçirilir.

Video:

https://t.me/GADTB1/39599

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …