Cümə axşamı , May 9 2024
azfa

Azərbaycanlı fəallar Təbrizdə Murtəza Pərvinə azadlıq tələbilə qrafitlər çəkdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, şənbə günü Azərbaycan Milli Hərəkatının Təbriz şəhərindən olan bir qrup fəalı Mürtəza Pərvinin ETTELAAT orqanları tərəfindən həbs edilməsinəetiraz olaraq divarlara qrafitlər çəkdilər.

Azərbaycanlı fəallar bu yolla həmçinin Mürtəza Pərvinin aclıq aksiyasına dəstək verib və onaq azalıq tələb ediblər.

Azərbaycanlı fəallar tərəfindən divarlara çəkilmiş qrafitlərdə aşağıdakı şüarlar yazılıb:

“Etiraz rəngində olan adam”, “Mortaza Pərvin”, “Son çıxış aclıq aksiyası”.

Son günlər Azərbaycanın müxtəlif şəhərlərində milli fəallar posterlər, divar yazıları və qraffitilər yazıb və ya paylayaraq Mürtəza Pərvinin aclıq aksiyasına dəstək verib, ona azadlıq tələb ediblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Astara şəhərində şair Cəmşid Əzizi həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərində yaşayan ictimai fəal və …

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …