Şənbə , Oktyabr 17 2026
azfa

Urmiyada mühacir kürdlər açıq şəkildə Azərbaycana torpaq iddiası səsləndirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin seçki oyununa alət olan mühacir kürdlər və kürd terror təşkilatlarının tərəfdarları açıq şəkildə Azərbaycana torpaq iddiası səsləndiriblər.

Hətta kürd şəhərlərdən seçki oyununa qatılmaq üçün minlərlə kürd Azərbaycan şəhərlərinə və o cümlədən Urmiyaya hücum gətirərək kürdlərə səs verib və Urmiyanın deputatı kimi kürdü seçiblər. Elan edilən rəsmi məlumata görə Hakim Mamakan (kürd) 119776 səs, Şəhin Cahangiri (kürd) 117786 səs və Seyyid Salman Zakir (türk) 115761 səslə qalib elan ediliblər.

Nəticələrin elan edilməsindən sonra şəhərin qubernatorluğu qarşısına toplaşan mühacir kürdlər “Urmiya Kürdistan” şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddiaları səsləndiriblər.

Bununla yanaşı, kürd partiyaları, Azərbaycana qarşı ərazi iddiası ilə tanınan cərəyanlar paylaşımlar edərək kürdlərin qələbəsini təbrik ediblər.

Eyni halda Azərbaycan türkləri də nəticələrin saxtalaşdırıldığını deyib və etiraz aksiyaları keçiriblər. Lakin molla rejimi mühacir kürdlərin qanunsuz hərəkətlərinə mane olmaq yerinə yerli əhali yəni Azərbaycan türklərinin haqlı etirazına qarşı çıxıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …