GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli hərəkat fəalı Türkiyədə dəhşətli zəlzələ ilə bağlı Türkiyənin Təbriz şəhərindəki konsulluğunun divarına başsağlığı pankartı asaraq türk xalqına rəğbət bəslədiklərini və onların acılarına şərik olduqlarını bildiriblər.
Türkiyənin Təbriz şəhərindəki konsulluğunun divarına gül dəstəsi ilə birlikdə yapışdırılan başsağlığı bannerinin üzəriində yazılıb: “ACINIZ ACIMIZDIR” və “BAŞİN SAĞOLSUN TÜRKİYE”
Qeyd edək ki, bazar ertəsi Türkiyədə 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib, binalara xeyli ziyan dəyib, axtarış-xilasetmə qrupları dağıntılar altında qalanları xilas edir. Çox sayda ölən və yaralanan var