Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Sulduzda məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari işğalçı fars rejimin Sulduz şəhərində yerləşən İnqilab Məhkəməsinə çağrıldı.

Fəallara bununla bağlı elektron çağırış vərəqəsi göndərilib. Azərbaycanlı fəallar 2019-cu il yanvarın 16-da özlərini müdafiə etmək üçün rejimin Sulduzdakı məhkəməsinə müraciət etməlidilər.

Azərbaycanlı fəallar şərlənərək, “qanunsuz yığıncaqda iştirak etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham ediliblər.

Qeyd edək ki, azərbaycanlı fəallar bu il mayın 25-də Güney Azərbaycanda Milli Qiyam zamanı (2006-cı il may hadisələri) şəhid olmuş Sulduz şəhidlərinin anım mərasimindən qayıdarkən Məhəmmədyar yaxınlığında 8 gün saxlandıqdan sonra zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın