Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı fəallar Urmiyada yenicə azadlığa çıxan Əlirza Fərşi ilə görüş keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal  Urmiyada yenicə azadlığa çıxan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ilə görüş keçirib.

Tehranın Evin zindanından  azadlığa çıxan Əlirza Fərşi ilə dünən fevralın 22-də görüş keçirilib.

Görüşdə azərbaycanlı milli-mədəni fəallar ana dili məsələsi, Qərbi Azərbaycan əyalətindəki durum və Xoy zəlzələsindən zərər çəkənlərə yardım yolları barədə danışıblar.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. O, fevralın 8-də Tehranın Evin həbsxanasından buraxılsa da, barəsində çıxarılan iki il sürgün cəzası qüvvədə saxlanılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …