Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi minlərlə mollanı təhsil sisteminə işə götürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi İranda “Əmin” layihəsi çərçivəsində 26.000 dini təhsil alan molla işə götürüb. Bu barədə təhsil nazirinin müşaviri və Dini Universitetlər və Təhsil Əməkdaşlıq Qərargahının katibi Həmid Nikzad məlumat verib.

İşə götürülən gənc mollalar məktəb və təhsil ocaqlarında, əsasən, ideoloji təbliğatla məşğul olacaqlar.

Qeyd edək ki, bundan öncə İran təhsil naziri Yusif Nuri ölkədə 40.000-dən çox müəllim çatışmazlığı olduğunu desə də, parlamentin təhsil komissiyası müəllim çatışmazlığının daha çox olduğunu bildirib.

Müəllimlərin yetişdirilməsi və işə götürülməsi əvəzinə mollaların təbliğatçı kimi işə götürülmələri təhsil işçiləri tərəfindən narazılıqla qarşılanıb.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …