Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı fəallar Yusif Sələhşur və Əmir Səttari barəsində məhkəmə qərarı çıxarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 14-də azərbaycanlı milli-mədəni fəallar Yusif Sələhşur və Əmir Səttari barəsində məhkəmə qərarı çıxarılıb.

Azərbaycanlı milli fəallar bu barədə sosial şəbəkədə məlumat paylaşıblar.

Rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsinin prokuroru Hadi Şəhabi azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur barəsində “Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək”, “Sosial mediada İrana qarşı təbliğat aparmaq” və “İctimai asayişi pozmaq” ittihamlarını təsdiq edib.

Prokuror milli fəal barəsində irəli sürülən hər üç ittihamın əsaslı olması və işin baxılması üçün prokurorluğa göndərilməsi barədə qərar çıxarıb.

Azərbaycanlı fəal Əmir Səttari barəsində “Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək” ittihamı təsdiq edilib.

İrəli sürülən “Sosial mediada İrana qarşı təbliğat aparmaq” ittihamı Cinayət Prosessual Məcəlləsi 265-ci maddəsinə uyğun olaraq sübuta yetirləmədiyi üçün ləğv edilib.

Məhkəmə işinin son qərar üçün prokurorluğa göndərilməsinə qərar verilib.

Qeyd edək ki, Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə iyulun 24-də keçirilən etirazlarla bağlı Əmir Səttari 22, Yusif Sələhşur isə 25 iyulda Təbrizdə rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq İran rejiminin Təbrizdəki ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Azərbaycanlı fəallar dindirildikdən sonra avqustun 11-də Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …