Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Azərbaycanlı fəallardan mədəni üsullarla irqçi rejimin Azərbaycanı parçalama cəhdinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin Güney Azərbaycanın bir hissəsini kürdlərə pişkeş etmə cəhdi, digər tərəfdən isə Heyran gədiyini Gilana ilhağı azərbaycanlı fəalların etirazına səbəb olub.

Dünın 2018-ci il noyabrın 25-də “Traxtur”-“Perspolis” yarışında Azərbaycan komandasını dəstəkləmək məqsədi ilə Tehrana yola düşən Ərdəbildən olan azərbaycanlı gənclər əllərində plakatlar qaldıraraq “Heyran gədiyi”nin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildiriblər.

Azərbaycanlı fəalların qaldırdığı plakatların birində “Biz tarixi torpaqlarımızı canla-qanla qorumuşuq və bundan sonra necə qoruyacağımızı da zaman göstərəcək. Heyran, Astara və Ənzəli də Qorvə, Bicar cə Süngür kimi Azərbaycanın əzəli və əbədi torpaqlarıdır” cümləsi yazılıb. Digər plakardda isə “Heyran Azərbaycanımızın və Ərdəbilin ayrılmaz parçasıdır” sözü yazılmışdır.

Azərbaycanlı fəallar by sivil və mədəni üsullarla irqçi fars rejimin Antiazərbaycan hərəkətlərinə, eləcə də Heyran gədiyini Azərbaycandan ayırma cəhdinə etiraz ediblər.

 

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın