Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycanlı fəalların etirazı rejimı Qaradağda ağacların kəsilməsini qadağan etməyə vadar etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qaradağ bölgəsinin meşələrinin kəsilib talanmasına azərbaycanlı fəalların ciddi etirazından sonra işğalçı fars rejimin Kənd Təsərrüfatı Təşkilatının göstərişi ilə işğalçı fars rejim Qaradağda ağacların kəsilməsini qadağan etməyə məcbur olub.

Bu barədə rejimin Kənd Təsərrüfatı Təşkilatı qərar çıxarıb.

Həmçinin azərbaycan türk millətinin etirazları ilə Təbrizin imam cüməsi də kütləvi şəkildə Qaradağ meşələrinin qırılmasını pisləyib.

Azərbaycanlı fəallar rejimin riyakar və Antiazərbaycan olmasını əsas gətirərək, çıxarılan yeni qərara inanmamağa və meşəliklərin kəsilməsinə qarşı mübarizəni davam etdirməyi tələb edirlər.

Qeyd edək ki, son günlərdə Qaradağla yanaşı həmçinin Təbriz, Bostanabad və Ərdəbilin Fındıqlı meşələrinin qırılması halının çoxalması müşahidə edilib.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …

Bir cavab yazın