Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycanlı fəalların haqlı etirazı nəticə verdi: kürdcə əyləncə mərasimi keçirilmədi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində azərbaycanlı fəalları haqlı etirazı nəticəsində mühacir kürdlərin dilində əyləncə proqramının məqsədli şəkildə icrasının qarşısı alınıb. Mərasim türk şəhərində kürdlərin Fanus Şeir və Ədəbiyyat Dərnəyi tərəfindən keçirlməli idi.

Qeyd edək ki, irqçi fars rejimi antitürk siyasəti istiqamətində bu türk şəhərini kürd şəhəri kimi tanıtmaq üçün burada kürdcə əyləncə proqramı təşkil etmək istəmişdir.

Rejimin Azərbaycanın qərb bölgəsini kürdləşdirmə siyasəti istiqamətində həyata keçirmək istədiyi proqrama Tikantəpənin imamcüməsi və qubernatoru da etiraz etməmişdir. Lakin azərbaycanlı fəalları haqlı etirazı bu proqramın icrasına mane oldu.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın