Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Azərbaycanlı fəalların Urmiyənin tarixi Ceneral məscidinə Süleymani adının verilməsinə etirazları nəticə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəalların Urmiyənın tarixi Ceneral əscidinə Süleymani adının verilməsinə etirazları qarşısında geri oturdu. Məscidin adının dəyişdirilməsi məsələsinin hələlik gündəmdən çıxdığına dair Ceneral əscidinin imam cüməsi açıqlama verib.

Qeyd edək ki, İranın Qum seminariyasına bağlı xəbər agentliyi Qacarlar dönəmində tikilmiş Urmiyənin tarixi “Ceneral” (General) məscidinin adının “Sərdar Süleymani” adına dəyişdirilməsi barədə məlumat yaymışdı.

İrqçi və irticaçı fars rejiminin bu qanunsuzluğuna dair bəyanatı isə azərbaycanlı fəalların ciddi etirazına səbəb oldu. Sosial mediada yayılan xəbərlərə görə, türk fəallar məscidin tarixi adının dəyişdirilməsinə etiraz edib. Sonda isə rejim geri oturmağa məcbur oldu.

Ceneral Məscidi Qacar Ordusunun komandanlarından və Fətəli şah Qacarın Fransa səfiri Əsgər Xan Afşar (General Əsgər Xan) adına Qacarlar dönəmində tikilip. Məscid Urmiyənin Əsgər Xan küçəsində yerləşir.

Twitter və Insatgram kimi sosial şəbəkələrdə istifadəçilər #Ceneral_Məscidi haştaqı ilə tarixi adları dəyişdirərək “Urmiyənin tarixi kimliyinə zərbə vurulduğuna” etiraz bildirirlər.

M. Məcnuni adında bir Twitter istifadəçisi yazdığına görə, “Urmiyənin tarixi kimliyini məhv edərək Sərdar (general) Süleymani hörmət qazanmayacaq.”

Türk dil haqları fəalı Nəsim Sadıqi isə yazıb ki, “qədim adların dəyişdirilməsi yerli əhalinin öz tarix və mədəniyyətindən qopmasına yol açacaq.”

Urmiyə Universitetinin tələbəsi Yasir Savalan tarixi məscidin adının dəyişdirilməsini Urmiyənin tarixi və tarixi şəxsiyyətlərinə hörmətsizlik olaraq dəyərləndirib.

“Qacar dövlətinin Fransa elçisi General Əsgər Xan Avşarın indiki Əsgər Xan məhəlləsində tikdirdiyi Ceneral məscidinin başqa bir ada dəyişdirilməsi Əsgər Xan kimi türk aydın başda olmaqla, bu şəhərin tarixinə qarşı da böyük bir sayğısızlıqdır,” Savalan Twitter hesabında paylaşıb.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın