Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlı həkim Fərzanə Qarahəsənli molla rejimin tərəfindən ağır işgəncələrə məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin edama məhkum etdiyi azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin həyat yoldaşı Fərzanə Qarahəsənli ağır işgəncə edilərək, ağır həbs cəzasına məhkum edilib.

Həmid Qarahəsənlinin qardaşı Həsən Qarahəsənli bildirib ki, Fərzanə Qarahəsənli həbs edildikdən sonra iki gün davamlı döyülüb və həyat yoldaşının rejimin Bəsic qüvvəsinin öldürülməsində iştirak etməsi barədə yalan etiraf verilməsi istənilib.

Həsən Qarahəsənli deyib: “Ondan məcburi saxta etiraf almaq üçün Təbrzi Universitetində təhsil alan oğlunu həbs edib və işgəncə verəcəkləri ilə bağlı təhdid ediblər”.

O, Fərzanə Qarahəsənlinin Kəçuyi həbsxanasına göndərildikdən sonra ailəsi ilə ilk telefon danışığında işgəncə altında ondan məcburi etiraf alındığı barədə məlumat verdiyini qeyd edib.

Qeyd edək ki, Həmid Qarahəsənlidən də işgəncə altında məcburi etiraf alınıb və onun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.

İran təhlükəsizlik məmurları noyabrın 4-də Kərəc şəhərində 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin Kərəc şəhərində yerləşən evinə hücum edərək o və həyat yoldaşı 46 yaşlı laboratoriya həkimi Fərzanə Qarahəsənlini həbs ediblər.

Azərbaycanlı cütlük etiraz aksiyasında hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla yaxalanmışdılar.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …