Çərşənbə , Aprel 17 2024
azfa

21 Azər- Azərbaycanda Milli Hökumətin qurulmasının ildönümü ilə bağlı GADTB-nin bildirişi

GADTB: 1945-ci il 21 Azər-də qurulan Azərbaycan Milli Hökuməti min illər boyu böyük imperatorluqlar quran Azərbaycan Türk Millətinin Güney Azərbaycanın müasir dövr dövlətçilik modelinə keçdi və Qərb imperializminin çevrilişlə fars faşizmini hakimiyyətə gətirərək itirilmiş istiqlalının bərpasının başlanğıcı idi. Bu müqəddəs yolda Milli Hökuməti quran Seyid Cəfər Pişəvəri deyirdi: “Öldü var döndü yoxdur”. Azərbaycan Milli Hökumətinin hər tərəfdən şovinist və cinayətkar fars rejimi və onun himayəçilərinin təzyiqi və hücumu nəticəsində süqutundan sonra Azərbaycanın düşmənləri bu sözü lağa qoyaraq, “Öldü də var imiş döndü də” deyirdilər. Lakin başa düşmürdülər ki, Pişəvəri bu sözü təkcə o dönəm üçün yox, bu gün üçün də deyirmiş. Bu hərəkat davam edir və Azərbaycan Türk Milləti öz müstəqilliyini əldə etməyənədək mübarizədən əl çəkməyəcək.

21 Azər hərəkatı sinfi mübarizə yox, milli hərəkat idi. Hərəkatın başçısı S.C.Pişəvəri dəfələrlə təkrar edirdi ki, bu hərəkat milli hərəkatdır, sinfi hərəkat deyil. Azərbaycan türkləri bir-birinə qarşı mücadilə aparmırlar. Bəlkə fars şovinizminə qarşı mübariz aparıb, Azərbaycan türkcəsində məktəb, universitet, mətbuat və radionun açılmasına çalışırlar və bunu da etmişdilər.

21 Azər hərəkatı ilə Güney Azərbaycana yeni ruh gəldi. Azad mətbuat, fikir azadlığı və ümumiyyətlə Azərbaycana azadlıq gəldi. Bu da irqçi və irticaçı fars şovinizmini, eləcə də onları dəstəkləyib hakimiyyətə gətirən başda İngiltərə olmaqla dünya müstəmləkəçilərini qorxuya saldı. Belə ki, dünya müstəmlkəçiləri Moskva konfransında Azərbaycanın müxtariyyət qazanmasına belə icazə vermədilər. Bunun ardından isə Tehran rejimi bütün anlaşmalara rəğmən Azərbaycana hücuma keçib, Azərbaycan türklərinə qarşı dəhşətli soyqırım törətdi.

Əlbəttə Seyid Cəfər Pişəvəri bəhanələrin bir dəfəlik ortadan qalxması üçün demokratiya, muxtariyyət, federalizm və parlamentarizmi də yoxladı. Lakin Tehranın irticaçı-şovinist fars rejimi və onun himayədarları göstərdilər ki, bu bölgədə və qondarma İran adı altında olan ərazidə Azərbaycan Türk Millətinə heç zaman öz mədəni və insani hüquqlarına çatmağa icazə verməyəcəklər. 21 Azər hərəkatının başlanğıcı və faciəvi sonu da göstərdi ki, Azərbaycan Türk Milləti yalnız özünə güvənməlidir. Millət özünə güvənib, iradəsini sərgiləsə heç bir imperianın himayəsinə də möhtac olmaz. Biz öz millətimizə güvənirik. Bizim liderlərimiz Məhəmməd Əmin Rəsulzadə, Pişəvəri, Əbülfəz Elçibəy və Atatürk də göstərdi ki, güc türk millətindədir. Azərbaycanda da Azərbaycan Türk Milləti iradə edəndə öz məclisini, öz dövlətini və öz ordusunu yaradır. Sərhədlərinə, sınırlarına özü sahib çıxır. Bu gün 21 Azər hərəkatının ənənəsinə dayanaraq, Azərbaycanın güneyinin təkcə bir yolu qalıb. O da öz istiqlalını əldə edib və Azərbaycanın müstəqil dövlətini yaratmaqdır. Bu hərəkatın bizə təkcə bir mesajı var. O da farsa, fars şovinizminə inanmadan yalnız öz gücümüzə dayanıb Azərbaycanı azad etmək. Bir sözlə Pişəvəri demişkən bu millətə müstəqilliyini əldə edənədək nə öldü var nə döndü.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini Güney Azərbaycanda milli dövlətçiliyi və müstəqilliyini bərpa etmək üçün millətimizi birliyə və istiqlalçı təşkilatlar ətrafında birləşərək haqlı mübarizəmizi gücləndirməyə çağırır. Bu gün Azərbaycan Türk Milləti Azərbaycanın güneyində müasir dövr dövlətçilik tariximizdə çox önəmli rolu olan 21 Azəri həssas bir mərhələdə qarşılamaqdadır. Azərbaycan Türk Millətinin oyanışı və Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə davam etməsilə fars şovinizmi tərəfindən qanla boğulmuş öncəki milli hərəkatlarımızdan sonra bu hərəkatımızın bar verəcəyinə böyük ümid bəslənilir. Arxayınlıqla demək olar ki, gözünüz arxada qalmasın, fars şovinizmi Şeyx Məhəmməd Xiyabanı hərəkatı və 21 Azər hərəkatını qanla boğub, Azərbaycanı işğal etdisə, bu dəfə mübarizə daha güclü şəkildə davam edir və müstəqillik uğrunda mübarizəmizin bar verəcəyinə inanırıq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Xural TV-də “İran İsraillə müharibəyə başlarsa, nə itirəcək, nə qazanacaq?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …