
GADTB: Yeni doğulmuş azərbaycanlı körpə molla rejimi Əlihan adına görə doğum haqqında şəhadətnamə vermir. Ona görə 7 gündür ki, reanimasiyada olan körpə görə tibbi sığortadan yararlana bilmir.
Azərbaycanlı körpənin atası Yasin Həbibpuran Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz 2025-ci il sentyabrın 2-də dünyaya gəlib və biz onun üçün Əlihan adını seçmişik. Bu adın 2021-cü ildə əyalətdə ən populyar beş oğlan adından biri olmasına baxmayaraq, Həştrüdda İranın Qeydiyyat İdarəsi adın ad seçim sistemindən çıxarıldığını bəhanə edərək doğum haqqında şəhadətnamə verməkdən imtina edib. İndi yeni doğulan körpəmizin müalicəyə ehtiyacı var və həkimlər onu 7 gündür ki, reanimasiyada saxlayırlar. Amma doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun sığortasından istifadə edə bilmirik. Bu hal bizim xərclərimizi xeyli artırıb.”
Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.
İranın da imzaladığı Uşaq Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən, iştirakçı dövlətlər qanuna uyğun olaraq və müdaxilə olmadan uşağın öz şəxsiyyətini, o cümlədən vətəndaşlığını və adını qorumaq hüququnu təmin etməyə borcludurlar.
Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.
İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi