Cümə axşamı , Oktyabr 15 2026
azfa

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərslərinə start verilir

GADTB: Artıq üçüncü ildir ki, xaricdə yaşayan soydaşlarımız üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat davam edir.

Bu barədə Azərbaycan Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirlib ki, layihənin məqsədi xaricdə yaşayan soydaşlarımızın ana dilini öyrənməsinə, milli mədəniyyətimizi, tariximizi və coğrafiyamızı tanımasına dəstək göstərməkdir. Layihə iştirakçıları yalnız dil biliklərini inkişaf etdirmir, həm də öz mədəni irslərini mənimsəyir və Vətənlə olan bağlarını daha da gücləndirirlər.

Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına (6–10 yaş – kiçik, 11–13 yaş – orta, 14–18 yaş – yuxarı) və dil bilik səviyyələrinə (başlanğıc, orta, yüksək) uyğun olaraq dərs qruplarına bölünəcəklər. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.

Dərslər təcrübəli müəllimlər tərəfindən onlayn formada, həftədə 2–3 dəfə interaktiv şəkildə aparılacaq. Tədris prosesi 15 sentyabr 2025-ci ildən başlayacaq.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …