Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Azərbaycanlı körpə Hayal adına görə 68 gündür doğum haqqında şəhadətnamədən məhrumdur

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi “Hayal” adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edərək.

Azərbaycanlı körpə 68 gündür ki, doğum haqqında şəhadətnaməsiz qalıb.

Azərbaycanlı körpənin anası Mina Səfəvi Balamın Adı kampaniyasına bununla bağlı deyib: “Qızımız 2025-ci il mayın 1-də dünyaya gəlib və biz ona “Hayal” adını seçdik. Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsinin əməkdaşları isə bu ada doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini qeyd etdilər. Bundan sonra biz Vətəndaşlıq vəziyyəti aktları idarəsindən məhkəməyə şikayət etdik, məhkəmədən çıxan qərarda isə hakim “Türkyə adları bizim qırmızı xəttimizdir” dedi. Bundan sonra biz məhkəmənin qərarından apellyasiya şikayəti vermişik və apellyasiya şikayətini gözləyirik.”

Məsələ ilə bağlı hüquq fakültəsi məzunu Məhəmməd Şükri Astamal vurğulayır ki, eyni dil və mədəniyyətə malik ölkələrdə türk adlarının işlədilməsi yad mədəniyyətin təbliği əlaməti ola bilməz, çünki türklər arasında yüzlərlə ortaq ad var.

Qeyd edək ki, İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri övladlarına öz dillərində ad seçməkdən daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …