Cümə axşamı , Oktyabr 15 2026
azfa

Pezeşkian molla rejimin Azərbaycanla bağlı iddialarının yalan olduğunu etiraf etdi

GADTB: Dünən İran prezidenti Məsud Pezeşkian Azərbaycanın hava məkanından İsrailin İrana qarşı hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Pezeşkian bu iddiaların İranın rəsmi orqanları tərəfindən təsdiq olunmadığını vurğulayıb:

“Bəzi şayiələrin əksinə olaraq, qonşularla “sionist rejim” arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik orqanları tərəfindən təsdiqini tapmayıb”.

Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, bundan öncə İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia ediblər.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …