Cümə axşamı , Sentyabr 17 2026
azfa

Azərbaycanlı körpəyə “Kayahan” adıına 5 ay hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə verildi

GADTB: Təbrizdə molla rejimin qeydiyyat idarəsinin etirazına baxmayaraq, “Kayahan” adlı azərbaycanlı körpə valideynlərinin 5 aydan artıq davam edən hüquqi mübarizəsindən sonra məhkəmə qərarı ilə doğum şəhadətnaməsi verilib.
#Balamin_Adı kampaniyasının məlumatına görə, Təbrizdəki qeydiyyat idarəsinin süni maneələri nəticəsində azərbaycanlı körpə 5 aydan çox müddət ərzində şəxsiyyət vəsiqəsinin olmaması səbəbilə tibbi sığorta və səhiyyə xidmətlərindən məhrum qalıb.
Uşağın atası Məhəmməd Səbri kampaniyaya verdiyi açıqlamada qeyd edib:
“Təbrizdə Qeydiyyat İdarəsinin məsulları bizə dedilər ki, bu ad qeydiyyat sistemində yoxdur, ona görə də onu seçə bilməzsiniz. Biz isə cavab verdik ki, bir adın sistemdə olmaması onun qadağan edilməsinə əsas ola bilməz. Biz türkük və övladımıza öz mədəniyyətimizə, kimliyimizə uyğun ad qoymaq istəyirik – bunda nə qəbahət var? Onlar isə qərarın Tehranda verildiyini söylədilər.”
Məhəmməd Səbri əlavə edib ki, qeydiyyat idarəsinə qarşı məhkəməyə müraciət və davamlı təqiblər nəticəsində istədikləri adın təsdiqinə nail olublar. 2025-ci ilin oktyabrında Təbriz Sülh Məhkəməsinin 24-cü şöbəsinin hakimi Nima Behrəvan qeydiyyat idarəsinin “Kayahan” adını “uyğunsuz və qeyri-qanuni” sayan arqumentlərini rədd edib və idarəni uşağa doğum şəhadətnaməsi verməyə məcbur edib.
İranda şəxsiyyət vəsiqəsi olmayan uşaqlar bütün sosial, təhsil və səhiyyə xidmətlərindən — o cümlədən doğumdan dərhal sonra aparılmalı olan peyvəndlərdən belə — məhrum qalırlar.
Uşağın doğulduğu andan etibarən ad almaq hüququ, İranın da tərəf olduğu Uşaq Hüquqları Konvensiyasında təsbit olunub. Lakin faktiki olaraq bu hüququn icrası ölkədə çox vaxt təmin edilmir.
İran Konstitusiyasının 34-cü maddəsinə və qeydiyyat orqanları haqqında qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər belə məhdudiyyət və qadağalara qarşı ümumi məhkəmələrdə şikayət etmək hüququna malikdirlər.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …