Şənbə , İyun 13 2026
azfa

Azərbaycanlı tələbə Ehsan Fəridi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Edam cəzasına məhkum edilmiş azərbaycanlı tələbə Əhsan Fəridi barədə yayılan məlumatlardan sonra, təhlükəsizlik orqanlarının onunla bağlı televiziya etirafları ssenarisini yenidən həyata keçirməyə hazırlaşdığı bildirilir.

Fəalın ailəsinin verdiyi məlumata görə, Ehsan Fəridi Təbriz Kəşfiyyat İdarəsinin saxlanma yerində üç gün qaldıqdan sonra bu gün yenidən Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Məhbusun anası Pərvin Həyati şəxsi “Instagram” səhifəsində yazıb:
“Oğlum Ehsan üç gün Təbriz Kəşfiyyat İdarəsində saxlandıqdan sonra bu gün yenidən Təbriz həbsxanasına qaytarılıb. Biz onun vəziyyətindən ciddi narahatıq və hamıdan xahiş edirik ki, səsimizə səs verin.”

Qeyd edilir ki, bu iş artıq ilkin istintaq mərhələsində deyil və edam hökmü qüvvəyə mindiyinə görə, son istintaq hərəkətləri məhkəmə prosesi ilə bağlı deyil, daha çox qeyri-hüquqi məqsədlərlə aparıldığı ehtimal olunur.

Məlumata əsasən, Ehsan Fəridinin işi hazırda İran Ali Məhkəməsinin 9-cu şöbəsində onun vəkilləri tərəfindən verilmiş məhkəmə işinin yenidən baxılması tələbi əsasında araşdırılır.
Vətəndaş cəmiyyəti fəalları və insan haqları təşkilatları bildirirlər ki, siyasi məhbuslar — xüsusilə edam hökmü verilmiş şəxslər — barədə davamlı və dəqiq məlumatlandırma onların hüquqlarının qorunması və ədalətsiz hökmlərin icrasının qarşısının alınması üçün ən vacib vasitələrdən biridir.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …