Şənbə , Aprel 19 2025
azfa

Azərbaycanlı körpəyə “Sevgi” adına görə 50 gündür doğum şəhadətnaməsi verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi bundan öncə bir neçə dəfə Sevgi adına doğum şəhadətnaməsi versə də, yenə də yeni doğulan azərbaycanlı körpəyə “Sevgi” adına görə 50 gündür doğum şəhadətnaməsi vermir.

Molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri “Sevgi” adlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edirlər.

Azərbaycanlı körpənin atası Novruz Bədri Balamın adı kampaniyasına bu barədə deyib: “Qızımız 2025-cü il fevralın 25-də dünyaya gəlib. Biz onun üçün Sevgi adını seçsək də Təbrizdə İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin Lalə şöbəsi təşkilatın ad seçim sistemində bu adın olmadığını bildirdilər və adı yalnız Sogi şəklində qeydiyyata ala biləcəklərini dedilər. Biz isə öz növbəmizdə vəkil tutduq və məhkəməyə şikayət etməklə adı doğru formada qeydiyyata aldıra bildik. Problem oldur ki, necə olur, məhkəmənin qərarından sonra vətəndaşlıq qeydiyyatı sistemi həmzə hərfini qəbul edir və adı Sevgi kimi qeydiyyata sala bilir, amma məhkəmənin qərarı olmadan sistem bunu qəbul etmir?! Nə üçün vətəndaşlar türk adı seçmək üçün bu qədər prosesdən keçməlidirlər?”

Qeyd edək ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə doğum şəhadətnaməsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Video:

https://t.me/GADTB1/41740

Həmçinin yoxlayın

Romada İran-ABŞ danışıqlarının II raundu keçirilir

GADTB: Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb. Bu barədə İran mediası məlumat yayıb. Danışıqlara İran …

Dr. Tohid Məlikzadə: Pəhləvi dövründə Ərdəlan vilayətinin adı necə Kürdüstana çevrildi?

GADTB: Pəhləvi dövründə İranın siyasi-mədəni və iqtisadi sahələrində ən fəlakətli dəyişikliklər, özünə vətənpərəst deyən ziyalıların …