Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycanlı mədəni fəal Səfiyyə Qarabağinin məhkəməsi barədə türkcə twiti- Şəkil

 

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı mədəni fəal Səfiyyə Qarabaği özünün twiter səhifəsində məhkəmə iclası və ona qarşı yalan iddialarla iş açılması barədə türkcə məlumat yazıb.

Azərbaycanlı fəalın yazdığına görə, onun məhkəmə iclası iyun ayının 26-da rejimin Zəncanda yerləşən məhkəməsində keçirilib.

Məhkəmə iclası və ona qarşı yalan iddia ilə iş açma barədə Səfiyyə Qarabaği öz Twitter səhifəsində yazıb:

“Məhkəmə iclası ictimaiyyəti təşvişə salmaq ittihamı ilə keçirildi. Hakimin davranışı və məhkəmə prosesinin gedişatı göstərdi ki, mənin əleyhimə yalan ittihamla iş açmağa çalışırlar”.

Azərbaycanlı fəalın yaydığı məlumata görə, ona sistem əleyhinə təbliğ və ölkə təhlükəsizliyinə qarşı sözləşmə ittihamları ilə əlaqədar çağırış məktubu göndərilib, o sentyabrın 11-də irqçi fars rejimin Zəncanda yerləşən İnqilab Məhkəməsinə müraciət etməlidir.

Qeyd edək ki, Qarabaği ötən il “sosial şəbəkələr vasitəsi ilə sistem əleyhinə təbliğ etmək”, “fitnə cərəyanını dəstəkləmək” və “yalan məlumat yaymaq” ittihamı ilə rejimin Zəncanda yerləşən Ettelaat İdarəsi tərəfindən saxlanılmışdır. Onun bu ittihamlarla qarşılaşmasının Beynəlxalq Ana Dili Günü saxlanılanları dəstəkləmək, qadın hüquqları pozuntularına etiraz etmək, ölkədə azadlığın olmaması və qadınlar haqda qəbul olunan qanunlara etiraz etmək, siyasi məhbuslara dəstək vermək, ədalətsizlik və ayrıseçkiliyə etiraz bildirmək və Mir Hüseyn Musəvinin atasının ölüm ilə bağlı yazılan başsağlığı mesajını imzalamaq kimi işlərlə əlaqədar olduğu bildirilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın