Şənbə , Sentyabr 26 2026
azfa

Azərbaycanlı millət vəkili rejimin məclisinin türkə qarşı kürd terrorizmini dəstəkləməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı millət vəkilləri Həsənnəjad, Hzərətpur və Qazipurdan sonra digər azərbaycanlı millət vəkili Hadi Bahaduri də irqçi fars rejimin məclisinin kürd terror qruplaşmalarının məclisinə çevrilməsinə və bəzi kürd millət vəkillərin terrorçu PKK/YPG-PYD-ni dəstəkləməsinə etiraz edib.

Hadi Bəhaduri deyib: “Bizim ölkəmizin əsas prioriteti terrorizm və terrorçu qruplaşmalara qarşı mübarizdən ibarətdir. Son 10-15 il ərzində Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən terrorçu qruplaşmalar islam inqilabının birinci illərində “Komelə” və “Demokrat” adları ilə cinayət törədirdilər. Bu gün isə terrorçular İŞİD, Əl-Qaidə, PJAK və PKK şəkilində meydana çıxıb. Bütün hallarda bizim üçün əsas məsələ onlara qarşı mübarizə aparmaqdır.

Təəssüflər olsun ki, bəzi həmkarlarımız hələlik məqsədi tam aydın olmayan açıqlamalarla çıxış etdilər. Lakin onlar bizim sərhədçilərimiz günahsız yerə öldürüləndə və ya terrorçular  parlamentimizə hücum etdiyi zaman bu şəkildə çıxış etmədilər”.

Azərbaycanlı millət vəkili kürd millət vəkillərinə xitabən deyib ki, “ümumi götürəndə bəzi deputatların davranışı anlaşılmazdır. Onlar Suriyada baş verən hadisələrdən danışır, lakin terrorçuları pisləmirlər. Bu başa düşülən deyil.”

Bahaduri bundan öncə isə Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına münasibət bildirmişdir. O Twitter səhifəsində paylaşdığı postda qeyd etmişdir ki, “İŞİD və ya PKK, fərqi yoxdur. Terrorçular və tərəfdarları məhv olmalıdır. Mən özüm terrorun acısını dadmışam.”

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın