Çərşənbə , Noyabr 11 2026
azfa

Azərbaycanlı milli fəal Əli Xeyrcu Evin zindanında karantin bölməsinə köçürülüb

GADTB: Güney Azərbaycanlı milli fəal Əli Xeyrcu ailəsi ilə qısa telefon danışığı zamanı Tehranın Evin Həbsxanasında yerləşən Kəşfiyyat İdarəsinin 209 saylı İstintaq Təcridxanasından 7 saylı karantin bölməsinə köçürüldüyünü bildirib.

Məlumatlı mənbələrin bildirdiyinə görə, məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlar arasında “qanunsuz qrupa üzvlük”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli sövdələşmə” və “ictimai asayişi pozmaq” da var.

Qeyd edək ki, Əli Xeyrcu, Abbas Lisani, Behzad Dəşti və Yusif Kari ilə birlikdə 10 noyabr 2025-ci il səhər saatlarında Evin həbsxanasının qarşısında həbs olunublar.

Azərbaycanlı fəal Behzad Dəşti bu yaxınlarda girov müqabilində azadlığa buraxılıb.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …