Şənbə , İyun 22 2024
azfa

Azərbaycanlı milli fəal Behzad Xudabəndəlu məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı siyasi fəal Behzad Xudabəndəlu Qoşaçay şəhəri İkinci (İnqilab Məhkəməsi) 103-cü Cinayət şöbəsinə çağırılıb.

Həmin siyasi fəal ötən ilin martında eyni işin istintaqında iştirak üçün Qoşaçay şəhər məhkəməsində olub.

Qeyd edək ki, son günlər cənab Behzad Xudabəndəlu Azərbaycanın çoxlu sayda siyasi fəalı ilə birlikdə Azərbaycanın siyasi məhbuslarının məhkəmə prosesinin açıq keçirilməsi kampaniyasında iştirak edib və məhkəmənin açıq iclasının keçirilməsini tələb edib.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …