Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlı milli fəal Məhəmməd Eyni Rəşt zindanına qeyri-müəyyən vəziyyətdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli fəal Məhəmməd Eyni hələ də Rəşt zindanına qeyri-müəyyən vəziyyətdə saxlanılır. Məhkəmə və aidiyyəti rəsmilər fəalın zaminə buraxılması üçün təyin edilən vəsiqəni qəbul etmədikləri üçün fəal zaminə buraxılmır.

Fəalın yaxınlarının bildirdiyinə görə Məhəmməd Eyninin dosyesi prokurorluqdan məhkəməyə göndərilib və rejimin ETTELAAT İdarəsinin təzyiqləri nəticəsində onlar dosye ilə tanış ola bilmirlər.

Qeyd edək ki, Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni yaxalanandan uzun müddət sonra Rəşt mərkəzi zindanına köçürülmüşdür.

Azərbaycanlı fəalın yaxınları fəalın girov qarşılığında zaminə buraxılmasına icazə verilmədiyini billdirmişdilər.

Məlumata görə, məsələnin ictimailəşdirilməməsini istəyən İranın ETTELAAT qüvvələri fəalın ailəsini təhdid etmişdi.

Fəalın ailə üzvlərinin bildirdiyinə görə yanvarın 23-də ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı milli-mədəni fəalın harada saxlanıldığı barədə məlumat vermişdilər.

Bundan öncə azərbaycanlı mili fəalın yaxənları Gilan əyalətinin Rəşt şəhərinin təhlükəsizlik idarəsi, polis bölməsi və məhkəmə orqanlarına müraciətlərinə təhqiramiz formada cavab verilərək, onlar hədələnmişdilər.

2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə İran rejimi onları yaxalamışdı.

Azərbaycanlı mili fəallar şərlənərək, “Ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “Sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdular. Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …