Rus xəbərinin etibarlılığı; Rusiya Ukraynanın 67 təyyarəsindən 125-ni vurduğunu deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın bütün məsələlərdə açıq şəkildə utanmadan ağ yalan danışdığı kimi, hərbi xəbərlərinin də ağ yalan olduğu diqqət çəkməkdədir.

Rusiyanın Ukraynaya hücumunun 43-cü günüdür: hər gün həm Rusiya, həm də Ukrayna qarşı tərəfin itkilərini açıqlayır.

Müharibə və itkilər artdıqca, istər-istəməz Ukraynanın hərbi gücü növbəti dəfə gündəmə gəlir. Müharibə öncəsi Ukraynanın hərbi imkanları necə idi?

Fevralın əvvəllərindən başlayaraq, Rusiyanın Ukrayna sərhədlərinə yığdığı ordunu azaltmaq əvəzinə daha da artırması potensial hücum haqda düşünməyə vadar edirdi və dünya mediası hər iki ölkənin hərbi imkanlarının müqayisəsinə başlamışdı.

Beləliklə, o məlumatlardan bəzilərini zəruri olduğu üçün xatırlayaq: 20 fevral 2022-ci ilə qədər beynəlxalq mediada yayımlanan rəqəmlər arasında çox cüzi fərq var – demək olar ki, əksər rəqəmlər bir-birinə çox yaxındır.

Müharibəyə qədər: Ukraynanın hərbi büdcəsi 5,9, Rusiyanınkı 61,7 milyard dollar idi; Rusiya ordusunun şəxsi heyəti 850 min, ehtiyatı 250 min, yarımhərbi qüvvələri 200 min, Ukrayna ordusunun şəxsi heyəti 250 min, ehtiyat qüvvəsi 250 min, yarımhərbi strukturlardakı qüvvələri 50 min idi; Rusiyanın 12,420 min, Ukraynanın 2596 tankı vardı və s. Bütün parametrlərlə rus ordusunun qat-qat güclü olduğu, Ukrayna donanmasının ümumiyyətlə müqavimət imkanının olmadığı qeyd edilirdi.

Əsas məsələ: Ukraynanın 69 döyüş, 29 hücum təyyarəsi olduğu bildirilirdi – bir qaynaqda. 2021-ci il üçün “Global Firepower” dünyanın 25-ci ordusu saydığı Ukraynanın 42 döyüş, 25 (və ya 34) hücum təyyarəsindən bəhs edirdi.

Müharibənin 42-ci günü üçün Rusiya MN-in açıqlamasına görə, Ukraynanın 125 təyyarəsi (döyüş və hücum olmaqla) məhv edilib.

Yəni belə çıxır ki, Ukraynanın 20 fevral 2022-ci il tarixinə qədər açıq mənbələrdə olan cəmi 98 təyyarəsinin 125-ni ruslar məhv edib; “Global Firepower”ə inansaq, ruslar 67 (və ya 76) təyyarədən 125-ni vurub.

Keçək helikopterə: 20 fevral 2022-ci ilə qədərki açıq mənbələrdə olan məlumata görə, Ukraynanın 60-a yaxın (60 da deyil) döyüş helikopteri vardı. Rusiyanın müharibənin 42-ci günü üçün açıqladığı rəsmi məlumata görə, Ukraynanın 93 hərbi helikopteri vurulub. Yəni 60 helikopterin 93-ü məhv edilib.

Rusiya MN bildirir ki, Ukraynanın 2596 tankından indiyə qədər 1987-si məhv edilib.

Yəni hesabla Ukraynanın 500 civarında tankı qalıb, amma təyyarəsi, helikopteri dəqiq çoxdan bitib, hətta ruslar bu təyyarə və helikopterlərin hər birini iki dəfə vurublar. Bəs, hər gün vurulan təyyarə və helikopterlərin sayı niyə artır?

Statistikaya inansaq, Ukraynanın vurulmalı hərbi obyekti də çoxdan bitməli idi…

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …