Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı milli fəal Məryəm Xudayinin təntənəli dəfn mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Marağa şəhərində azərbaycanlı milli fəal və sənətçi Məryəm Xudayinin (Sanaz Marağalı) dəfn mərasimi keçirilib.

Mərhumla yanvarın 22-də Gülşən Zəhra Qəbiristanlığında azərbaycanlı milli fəallar və əhalinin iştirakı ilə vidalaşma mərasimi keçirilib.

Qeyd edək ki, Məryəm Xudayi (Sanaz Marağalı) həyat yoldaşı Behrad Turman ilə birlikdə illər öncə Tehran rejiminin tzəyiqləri üzündən Türkiyədə siyasi mühacir kimi yaşayırdı.

Azərbaycanlı ailə 4 gün öncə Mərsin şəhərində şəxsi motosikletləri ilə gedərkən qəzaya düşüblər. Məryəm Xudayi hadisə yerində dünyasını dəyişib. B.Turman isə ağır yaralanıb. O, hazırda Mərsin xəstəxanasında cərrahiyə əməliyyatından sonra nəzarətdə saxlanılır. Qəza siyasi mahiyyət daşıdığı və şübhəli olduğu üçün Türkiyə polisi tərəfindən araşdırılır və hadisəni törədən sürücü dindirilir.

Tehran rejimi bundan öncə isə bir neçə siyasi fəalı Türkiyə və Azərbaycan Respublikasında təhdid edib.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın