GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars milla rejimin həbs etdiyi Tehranda yaşayan azərbaycanlı milli fəal Mahmud Ocaqlu uzun müddətli istintaqdan sonra Evin həbsxanasının təhlükəsizlik bölməsi olan 209-cu bölməsinə köçürülüb.
Hələ də azərbaycanlı fəalın həbs səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə heç bir açıqlama verilməyib.
Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində rejimin məmurları tərəfindən həbs edilib.
Qeyd edək ki, azərbaycanlı milli fəal Mahmud Ovaqlu 2014-cü ildə ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilmişdi.