Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Azərbaycanlı milli fəal Nadir Sadiqian haqqında qərar təxirə salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Apelyasiya Məhkəməsi azərbaycanlı milli fəal Nadir Sadiqian barədə çıxarılmış məhkəmə qərarını təxirə salıb.

Şərqi Azərbaycanda Apelyasiya Məhkəməsi bundan öncə Təbrizin Cinayət Məhkəməsinin 111-ci şöbəsində mühakimə olunan və barəsində 4 ay həbs, 6 milyon tümən cərimə cəzası çıxarılan Sadiqianın cərimə cəzası 2 il müddətinə təxirə salınıb.

Apelyasiya Məhkəməsinin son qrarında yazılıb: “Məhkum iki il müddətində müxalif və separatçı qruplarla əlaqədən çəkinməli, əyalətdən və ölkədən qırağa çıxmaq istədikdə Şərqi Azərbaycanda təhlükəsizlik idarəsinə məlumat verməli və müvafiq rəy verildikdən sonra səfərə çıxmalıdır. İslami Cəza Qanununun 54-cü maddəsinə əsasən məhkum olunan şəxs nəzərdə tutulan müddət ərzində tələb olunan qaydaları pozduqda, məhkəmənin göstərişlərini yerinə yetirmədikdə öncəki cəzasından başqa barəsində yeni cəza tədbirləri görüləcəkdir”.

Qeyd edək ki, Güney Azərbaycanda  əl-Əhvaz etirazlarına dəstək etirazlarında  həbs edilən azərbaycanlı milli fəal Nadir Sadiqian İranın Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən nağd pul cəzasına məhkum edilmişdi.

Rejimin məhkəməsinin qərarına əsasən, Sadeqian dövlət büdcəsinə 60 milyon rial məbləğində cərimə ödəməli idi.

Nadir Sadeqian şərlənərək, “İctimai şəbəkələrdə kommunikasiya sistemləri vasitəsilə insanları zorakılığa təhrik və dəvət etmək”də ittiham olunmuşdu.

Nadir Sadeqian iyul ayının 25-də İran rejimi tərəfindən həbs edilərək Təbrizdə ETTELAAT İdarəsinin təcrdixanasına salınmışdı.

Azərbaycanlı fəal 14 avqustda girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …