Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İran səfiri: İranın Ermənistanda sərmayə qoyuluşu və iqtisadi fəaliyyətilə bağlı heç bir problem yoxdur

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yayılan məlumata görə, İran-Ermənistan ticarət əlaqələrinin vəziyyəti nəzərdən keçirilib.

İranın Ermənistandakı səfiri iki ölkə arasında ticarətin həcminə və İrandan Ermənistana məhsul ixracına olan maneələrə toxunub.

Səfir Abbas Bədəxşan Zohuri “İran Kala” kanalına müsahibəsində deyib: “Bu gün ölkəmizin yürütdüyü mühüm siyasətlərdən biri də qonşu dövlətlərlə əlaqə qurulması və əməkdaşlıq səviyyəsinin artırılmasıdır. Ermənistan “üç min illik” tarixi olan bir ölkədir və İranın bu qədim qonşusı ilə əlverişli siyasi əlaqələri müxtəlif aspektlərdə, xüsusən də iqtisadi sahədə münasibətlərin yaradılması üçün yaxşı platforma sayılır. Ölkəmizin Ermənistanda sərmayə qoyuluşu və iqtisadi fəaliyyətilə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, İran hökuməti işğalçı Ermənistan hakimiyyəti ilə demək olar ki bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir. Bununla bağlı sosial mediada da qarşılıqlı münasibətlərin genişləndilməsi üçün keçirilən ikitərəfli görüşlərlə bağlı tez-tez xəbərlər yayılır. Bunun ən qısa zamandakı örnəklərindən biri olaraq İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun İrəvana səfərini misal çəkmək olar. Burada iki ölkə arasında dostluq və əməkdaşlığın yüksələn xətlə davam etməsinin və daha da artırılmasının vacibliyi vurğulanıb. Habelə, İranın yaxın vaxtlarda Qafanda konsulluq açmaq niyyəti də düşündürücüdür. Bu addımın, iqtisadi məsələlərdən daha çox siyasi məqsədlər güddüyü nəzərə çarpır.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …