Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycanlı milli fəal Səccad Sidqi ETTELAAT tərəfindən təzyiqlərlə qarşılaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azrbaycanlı fəal Səccad Sidqi İranın ETTELAAT məmurlarının təzyiqləri ilə qarşılaşıb. Rejimin məmurları azərbaycanlı fəalı təhdid ediblər.

Təbrizdən olan azərbaycanlı milli-mədəni fəal Səccad Sidqinin yaxınlarının verdiyi məlumata görə, İran rejiminin ETTELAAT İdarəsinin məmurları neçə gündür milli fəalı təhdid edirlər.

Heç bir səbəb və məhkəmə qərarı olmadan İranın ETTELAAT İdarəsinin məmurları  Səccad Sidqini izahat vermək üçün rejimin Təbrizdəki ETTELAAT İdarəsinə çağırıblar. Ona bildiriblər ki, gəlmədiyi təqdirdə onun barəsində ölçü götürüləcəkləri ilə hədələyuiblər.

Qeyd edək ki, Səccad Sidqi bundan öncə april ayının 7-də İranın terrorçu Sepah-nın təhlükəsizlik bölməsinin məmurları tərəfindən yaxalanaraq “Hökumətə qarşı təbliğat”da ittiham olunmuşdur. Azərbaycanlı fəal 3 gün dindirildikdən sonra 100 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …