Çərşənbə , Sentyabr 23 2026
azfa

İran Ermənistanda keçirilən ticarət sərgisinə qatılıb

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran Ermənistanın paytaxtı İrəvanda keçirilən sərgidə iştirak edib.

İranın sənayə malları, o cümlədən qida sənayesi məhsulları sözügedən sərgidə nümayiş olunub.

Ermənistan paytaxtında təşkil edilmiş sərgidə İranın bir neçə şirkəti iştirak edib.

Sərgiyə öz məhsullar ilə qatılan şirkətlərin nümayəndələri bildiriblər ki, İran şirkətləri Ermənistan bazarına çıxmaqda olduqca maraqlıdır.

Digər bir şirkət nümayəndəsi qeyd edib ki, İran məhsullarının Ermənistan bazarında geniş yayılması onlar üçün qürurvericidir.

Qeyd edək ki, özəlliklə son vaxtlar İran və Ermənistan arasında çoxşaxəli münasibətlər inkişaf etməyə davam edir. İran rejiminin bu sahəyə böyük marağının olduğu artıq hamıya bəllidir. Bəs Tehran hakimiyyəti nə üçün Ermənistan kimi gücsüz bir dövlətlə münasibətlərini bu qədər inkişaf etdirməyə çalışır? Əslində bu sualın da cavabı hamıya bəllidir: Rəsmi Tehran böyük Türküstan arasında “sədd” rolunu oynayan Ermənistanı ticarət mübadilələri ilə ayaqda tutmağa çalışır. İran rejimi bunu müharibədən öncəki dövrdə daha çox gizli həyata keçirməyə üstünlük verirdisə, indi nədənsə açıq-aşkar müstəvidə edir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …