Şənbə , İyun 22 2024
azfa

Azərbaycanlı milli fəal Tehran həbsxanasına köçürüldü

GADTB: Sosial şəbəkələrdə Sərəskəndoğlu ləqəbi ilə tanınan və həbsdə olan radio aparıcısı və teatr aktyoru Məhəmməd Hadi Şərifinəsəb bədnam Evin zindanından Böyük Tehran həbsxanasına aparılıb.

Bununla bağlı onun yaxınları bildiriblər ki, Məhəmməd Hadi Şərifinəsəb iki həftə Evin həbsxanasının təhlükəsizlik bölməsinin təkadamlıq kamerasında saxlanılıb və ona işgəncə verilib.

O, “separatçı və pantürkist qrup yaratmaq, ölkənin təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq və ictimai düşüncəni çaşdırmaq, hökumət məmurunu döymək və təhqir etmək”də ittiham olunub.

Azərbaycanlı milli fəalın yaxınları və məlumatlı mənbələr Sərəskəndoğluna qarşı irəli sürülən ittihamların saxta olduğunu deyiblər. Onun bundan öncə “Urmu_Araz üçün birlik” kampaniyasının başladılmasında aparıcı rol oynadığına görə cəzalandırıldığı vurğulanıb.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …