Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı milli fəal Yürüş Mehrəlibəylinin qardaşı dünənki həbslərlə bağlı açıqlama verib- video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən irqçi fars-molla rejimin məmurları Güney Azərbaycanın müxtəlif bölgələrindən Culfanın Şüca bölgəsində rejimin həbs etdiyi azərbaycanlı fəal Yürüş Mehrəlibəylinin ailəsinin görüşünə gedən çox sayda azərbaycanlı fəalı həbs edib.

Yılmaz Mehrəlibəyli yaxalanan fəallar barədə videomüraciətlə məlumat yayıb.

Həmçinin Güney Azərbaycanda milli fəallar Yürüş Mehrəlibəylinin atasının evinə toplaşaraq Yürüş və həbsdə olan digər milli fəallara dəstək məqsədilə onların adları yazılmış vərəqələr nümayiş etdiriblər 

Qeyd edək ki, təxminən 15 nəfər azərbaycanlı fəalın dünən yaxalandığı bildirilirdi. O cümlədən azərbaycanlı milli fəallar – Seyid Məhəmməd Rza Mohad, Kərim İsmayılzadə (boksçu), Həbib Qardhan və Möhsün Gənci Mərənd küçəsində mülki geyimli ETTELAAT qüvvələri tərəfindən həbs ediliblər.

Qeyd edək ki, bu fəallar azərbaycanlı siyasi məhbus Yürüş Mehrəlinin ailəsi ilə görüşmək üçün yola düşmüşdülər

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …