Cümə axşamı , İyul 30 2026
azfa

Molla rejimi Culfada çox sayda azərbaycanlı fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Culfa yolunda və culfada çox sayda azərbaycanlı fəalı həbs edib. Rejim Culfanaya çox sayda qüvvə yeridib.

Güney Azərbaycan Milli Hərəkatının fəallarının yaxınlarının verdiyi məlumata görə, Kərim İsmayılzadə, İbrahim Asimani, Seyid Məhəmmədrza Muvəhhid, Yunis Zareun, Siyamək Kuşi, Həbib Nigəhban, Davud Əzimzadə, Hamid Yeganepur, Bəhlul Qənbəri, Muxtar İbrahimi və digər azərbaycanlı fəallar Culfa şəhərinə gedərkən həbs ediliblər.

Onlardan bəzilərinin bir neçə saatdan sonra sərbəst buraxıldığı söylənilir. Fəalların bəzilərinin şəxsi sənədlərinin müsadirə edildiyi bildirilir.

Qeyd edək ki, azərbaycanlı milli fəallar tanınmış azərbaycanlı siyasi məhbus Yürüş Mehrəlibəylinin ailəsi ilə görüşmək üçün yola çıxıblar, lakin Culfa yolunda rejimin məmurları tərəfindən yaxalanıblar.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …