Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlı milli fəal Yusif Kari yenidən məhkəməyə çağırıldı

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Yusif Kariyə Səna sistemi vasitəsilə bildiriş göndərib.

 Bildirişə görə, o iyulun 30-də Ərdəbil 2 saylı Cəza Məhkəməsinin 104-cü şöbəsində ona qarşı irəli sürülən ittihamlardan özünü müdafiə etmək üçün məhkəmədə olmalıdır.

Bildirişdə “İslamın müqəddəsliklərini təhqir etmək”, “ictimai rəyi daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təhrik etmək”, “düşmən şəbəkələri ilə əlaqə yaratmaq”, “yalan yaymaq” və “İslam Respublikası sisteminə qarşı təbliğat” və s. ittihamlar yer alıb.

Yusif Karinin sözlərinə görə, iş üzrə iddiaçı birinci çavuş Rza Hüseynzadə ötən ilin noyabrında o həbs olunarkən ona işgəncə verib döyən şəxsdir.

O zaman Kari Ərdəbildə İmam yol ayrıcında meyvə satarkən zorakılıqla həbs edilmiş və 23 günlük həbsdən sonra 300 milyon tümən girov müqabilində sərbəst buraxılmışdı.

Fəalın sözlərinə görə, o, həbs edildiyi ilk gündən təhqir və işgancələrə məruz qalıb və onun dilindən bu yol ilə saxta etiraflar almağa çalışıblar.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …